Kürdəmirdə qatarın altında qalan 45 yaşlı kişi ölüb.
Publika.az xəbər verir ki, hadisə iyulun 5-i, saat 23 radələrində rayonun Karrar kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1980-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolu xəttinin üzərində qatar vurması nəticəsində ölüb.
Bildirilir ki, hadisədən əvvəl Vüsal kənddə əsgər yola salmaq üçün keçirilən məclisdə iştirak edib və orada yeyib-içib.