AZ

Ukrayna IRIS-T sistemləri üçün Almaniyaya gizli müraciət edib

Ukrayna Almaniyaya ehtiyac duyduğu silahların gizli siyahısını verib.

Herbiand.az bildirir ki, bu barədə Bild yazır.

Kiyev xüsusilə, dörd IRIS-T sistemi, IRIS-T SLM orta mənzilli sistemi üçün 1500 raket, IRIS-T SLS qısa mənzilli sistemi üçün 500 raket və 40 mm-lik zenit topları üçün 200 min mərminin verilməsini xahiş edib.

Bundan əlavə, siyahıya mina əleyhinə 1000 maşın və 200 tırtıllı maşın, minalardan təmizləmə üçün 30 zirehli maşın, xüsusi təyinatlılar üçün 20-30 zirehli mühəndislik WiSENT maşını və 200 yolsuzluq avtomobili daxildir.

Ukrayna həmçinin, pilotsuz uçuş aparatları və 200 mobil yer radarı ilə mübarizə aparmaq üçün 1000 GPS aparatları istəyir.

Berlinin Kiyevin sorğusuna necə cavab verdiyi hələ bəlli deyil.

Bəxtiyar  CƏFƏRLİ

Seçilən
3
15
herbiand.az

10Mənbələr