
Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında istintaq başladılıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən başladılan istintaqın səbəbi CHP sədrinin partiyasının Mərkəzi İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında dediyi sözlərdir.