CONCACAF-ın Qızıl Kubokunda final oyunu keçirilib.
QOL.az xəbər verir ki, həlledici görüşdə Meksika millisi ABŞ-ı 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə bu titula yiyələnib.
ABŞ-nin Hyuston şəhərində keçirilən oyunda meksikalıların heyətində qolları Raul Ximenes (27) və Edson Alvares (78) vurub. ABŞ-nin yeganə qolunun müəllifi isə Kris Riçards (4) olub.
Meksika millisi bununla 13-cü dəfə sözügedən kuboku qazanıb. Hazırda Meksika CONCACAF-ın Qızıl Kubokunda qazanılan titul sayında rekordçudur.