AZ

Tramp ABŞ-ın Ukraynaya İsrail kimi yardım edib-etməyəcəyi sualına cavab verdi

Tramp

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Rusiya ilə münaqişə fonunda Ukraynaya "çox böyük" yardım etdiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, CNN-in məlumatına görə, o, bu sözləri jurnalistlərin “Vaşinqton niyə Ukraynaya İsrailə etdiyi kimi kömək etmir?” sualına cavab olaraq deyib.

“Mən Ukraynaya yardım edirəm. Ona çox böyük yardım göstərirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, indi Rusiya ilə müharibə olmazdı”, – deyə Tramp qeyd edib.

O, bir daha vurğulayıb ki, əgər 2020-ci il prezident seçkilərində qalib gəlsəydi, bu münaqişə baş verməzdi. Tramp həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı bir telefon danışığı apardığını bildirib.

Məryəm Quliyeva

Seçilən
4
50
xalqcebhesi.az

10Mənbələr