Türkiyənin 852 Rakımlı Təpə bölgəsində aparılan axtarış zamanı metan qazına məruz qalan daha 3 əsgər şəhid olub.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhid olan hərbçilərin sayı 8-ə çatıb. Ümumilikdə 19 Mehmetçik qazdan təsirlənib. Hadisə terrorçulardan təmizlənmiş mağarada baş verib.
Türkiyə Müdafiə Nazirliyi yayımladığı açıqlamada şəhidlərə Allahdan rəhmət, ailələrinə və millətə başsağlığı diləyib, yaralılara isə şəfa arzulayıb. pizza mizza
Telegram kanalımız