AZ

KONKAKAF Kubokunun qalibi bəlli oldu

KONKAKAF Kubokunun final matçı keçirilib.
 
Moderator.az xəbər verir ki, ABŞ və Meksika komandaları arasında keçirilən görüş meksikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Qalib komandanın qollarını 27-ci dəqiqədə hücumçu Raul Ximenes və 78-ci dəqiqədə yarımmüdafiəçi Edson Alvares vurub. ABŞ yığmasının yeganə qolunun müəllifi isə 4-cü dəqiqədə müdafiəçi Kris Riçards olub.
 
Qeyd edək ki, Meksika yığması tarixdə rekord sayda - 10-cu dəfə KONKAKAF Kubokunu qazanıb.
Seçilən
8
13
moderator.az

10Mənbələr