Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Şəhidlər xiyabanı ziyarət ediblər.
Moderator.az xəbər verir ki, ziyarətçilər "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.
08:30
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.
Moderator.az xəbər verir ki, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.