AZ

Kral şadlıq sarayının təmiri zamanı yıxılan ustalardan biri ölüb

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Beyləqandakı şadlıq sarayında aparılan təmir işləri insan ölümü səbəb olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayondakı məşhur "Kral" şadlıq sarayında təmir işləri aparan zaman baş verib.

Rayon sakinləri Elşən Cəfərov və Rauf Süleymanov təmir işləri apararkən dəzgahın aşması nəticəsində yerə çırpılıblar. Onlar ağır xəsarətlərlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov Bakıda yerləşən Neyrocərrahiyyə xəstəxanasına göndərilib və orada əməliyyat edilib. Əməliyyat edilən E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.

Hadisə zamanı xəsarət alan digər usta R.Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
22
baku.ws

10Mənbələr