ABŞ prezidenti Donald Tramp BRICS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələri əlavə 10% rüsumla üzləşəcəyini bildirib.
"BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə ƏLAVƏ 10% tarifə tabe olacaq. Bu qaydada heç bir istisna olmayacaq!",- Tramp özünün Truth Social hesabında yazıb.
ABŞ prezidenti BRICS-in “antiamerikan siyasəti” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.
BRICS qrupuna əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi - liderlər ilk dəfə 2009-cu ildə görüşüblər. Daha sonra bloka Cənubi Afrika, keçən il isə Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qoşulub.