AZ

XİN rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.

Operativ Media xəbər verir ki, Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Seçilən
15
10
operativmedia.az

10Mənbələr