AZ

Tramp BRİKS ölkələrinə xəbərdarlıq etdi: 10 faizlik əlavə rüsum...

BRİKS-in ABŞ-a qarşı siyasətini dəstəkləyən ölkələrə Vaşinqton əlavə 10 faiz rüsum tətbiq edəcək.

Musavat.com xəbər verir ki, bu xəbərdarlığı prezident Donald Tramp Truth Social hesabında paylaşıb.

"BRİKS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə 10 faiz əlavə rüsumlara məruz qalacaq. Heç bir istisna olmayacaq", - Ağ Evin rəhbəri yazıb.

Başqa bir paylaşımında o, iyulun 7-də Amerika administrasiyasının digər ölkələri ikitərəfli ticarətin gələcək şərtləri, Amerika bazarına tədarük etdikləri mallara tarif dərəcələri və ya sövdələşmələrin bağlanması barədə xəbərdar etməyə başlayacağını bildirib.

Musavat.com

Seçilən
16
9
musavat.com

10Mənbələr