AZ

Avropa çempionatında1 gümüş, 2 bürünc medal

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatına yekun vurulub.

QOL.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

İdmançılarımızdan Omar Gülməmmədov (74 kq) ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək bürünc medal qazanıb.

Anar Cəfərli (92 kq) gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabıyla üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bəşir Verdiyev (61 kq) bürünc medal görüşündə gürcüstanlı Saba Qambaşidzeyə sonuncu xal prinsipinə əsasən (9:9), Məhəmməd Abbaszadə (86 kq) isə ermənistanlı Razmik Yepremyana 0:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətləniblər.

Çempionatın son qarşılaşmasında Yusif Dursunov (125 kq) finalda rusiyalı İnal Qaqloyevə 0:11 hesabıyla uduzub və 2 il əvvəl olduğu kimi, gümüş medalı boynundan asıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
50
qol.az

10Mənbələr