İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U20 Avropa çempionatına yekun vurulub.
Day.Az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisi yarışda uğurlu çıxış edərək ümumilikdə 5 medal qazanıb - 1 qızıl, 2 gümüş və 2 bürünc. Topladığı 133 xalla yığmamız komanda hesabında Avropa ikincisi olub.
Birinci yeri 164 xalla Gürcüstan, üçüncü pilləni isə 81 xalla Ukrayna tutub.
Xatırladaq ki, böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.