AZ

Ağcaqanadları öldürmək üçüb lazer silah yaradılıb

Çində hazırlanan Photon Matrix cihazının ağcaqanadları təsbit edə, onun məsafəsini təxmin edə, sonra isə lazerlə hədəfi vura bildiyi bildirilir. Bunun hamısı da üç millisaniyədə olur...

Poliqon xəbər verir ki, yeni qadcet saniyədə 30-a qədər ağcaqanad öldürmək gücündədir.

Cihaz, həmçinin insanlar və ev heyvanları kimi böyük obyektlərin baxış sahəsini skan etmək üçün millimetr dalğalı radardan istifadə edir. Əgər onlar aşkar edilərsə, lazer ağcaqanadları öldürmək üçün işləməyəcək.

Cihaz saniyədə bir metrdən daha sürətli uçan həşəratları aşkar edə bilmir. Buna görə də milçək kimi zərərvericilərə qarşı istifadə üçün uyğun deyil.

Enerji elektrik rozetkası və ya əlavə doldurula bilən xarici batareya vasitəsilə verilir. Seçilmiş modeldən asılı olaraq, tək şarj səkkiz və ya 16 saat istifadə üçün kifayət olmalıdır.

Poliqon.info 

Seçilən
21
15
poliqon.info

10Mənbələr