Bakı. Trend:
Böyük Britaniya hökuməti İngiltərədəki bütün yerlibələdiyyələrdə ailələr üçün “Best Start” (Ən Yaxşı Başlanğıc) adlıdəstək mərkəzlərinin yaradılacağını elan edib.
Trend-in BBC-yəistinadən verdiyi məlumata görə, bu təşəbbüs aztəminatlı ailələrə,valideynlərə və gənclərə yardım göstərmək məqsədi daşıyır. Layihəçərçivəsində 500 milyon funt-sterlinq vəsait ayrılıb və onunlayarım milyon uşağa dəstək göstərilməsi nəzərdə tutulur.
Britaniyanın Təhsil naziri Bricet Fillipson bildirib ki, buproqram ailələr üçün “xilasedici bir vasitə” olacaq.
Ailə dəstək mərkəzləri valideynlik dəstəyi, doğuş qeydiyyatı,borc məsləhətləri, psixoloji yardım və gənclər üçün klubfəaliyyətlərini əhatə edəcək.
Rəsmi plana əsasən, mərkəzlər 2026-cı ilin aprel ayınadək bütünyerli bələdiyyələrdə istifadəyə veriləcək, 2028-ci ilin sonunadəkisə onların sayı 1000-ə çatdırılacaq.