Bakı. Trend:
ABŞ-nin Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsindəhəyatını itirənlərin sayı 68-ə yüksəlib.
Trend-inməlumatına görə, yerli hakimiyyət orqanları Kerr qraflığında 59nəfərin, qonşu ərazilərdə isə daha 9 nəfərin öldüyünüaçıqlayıb.
Daşqınların baş verdiyi xristian yay düşərgəsində əvvəlcə 27nəfər qızın itkin düşdüyü bildirilsə də, son məlumata görə onlarınsayı 11-ə enib.
ABŞ Prezidenti Donald Tramp fəlakətlə əlaqədar Texas ştatındafövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, baş verən daşqınlardan sonra xilasedicilərdağılmış çay sahillərində və dağıntılar altında axtarış-xilasetməişlərini davam etdirirlər. Daha əvvəl hadisə nəticəsində azı 51nəfərin, o cümlədən 15 uşağın həyatını itirdiyi bildirilirdi.