İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna məxsus olan kolumbiyalı forvard Con Duranla rəsmi müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçu “Fənərbaxça”ya 1 illik icarə əsasında qoşulub.
Xatırladaq ki, “Əl-Nəsr” Con Duranı 2024-cü ilin yanvarında İngiltərənin “Aston Villa” klubundan 77 milyon avroya transfer etmişdi.
Gənc hücumçu ötən mövsüm klubunun heyətində keçirdiyi 18 oyunda 12 dəfə fərqlənməyi bacarıb.
Fərid Nəsibov