Bakı. Trend:
“Turan Tovuz” futbol klubu “Traktor” komandası ilə yoldaşlıqoyunu keçirməyə hazırlaşır.
Trend xəbər verirki, bu barədə Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevsosial şəbəkə hesabında paylaşım edib.
Görüşün iyulun 29-da Türkiyənin Bolu bölgəsində baş tutacağıehtimal olunur.
Qeyd edək ki, İran çempionu “Traktor” yeni mövsümünhazırlıqlarına iyulun 8-dən etibarən Türkiyədə başlayacaq.