Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakida keçirilmişdi. İqtisadi Əməkdaşlıq Təşkilatı 1985 -ci ildə üç ölkənin -İran, Pakistan və Türkiyənin Təşəbbüsü ilə yaradılıb Təşkilatın əsas məqsədi redional iqtisadi əməkdaşlığı genişləndirmək və nəqliyyat infrastrukturunu dərinləşdirmək idi.
Bu barədə “turaninsesi.az” – a Milli Məclisin deputatı Nəsib Məhəməliyev fikir bildirib.
Sovet İttifaqı dağılandan sonra İƏT -in əhatə dairəsi xeyli genişləndi.Mərkəzi Asiya ölkələri -Qazaxıstan,Qirğızistan,Özbəkistan və Tacikistan bu təşkilata üzv olublar.Qafqaz regionundan Azərbaycan 1992-ci ildən İƏT-ın üzvləri sırasına daxildir.Bu genişlənmə təşkilata siyasi baxımdan yeni imkanlar qazandırdı.Azərbaycan bu proseslərdə fəal iştirakla regionun ən strateji coğrafi mövqedə yerləşən ölkə kimi ön plana cıxdı.Ən əsası isə budur ki, Azərbaycan bu təşkilatı yalnız iqtisadi funksiyaları yerinə yetirən bir qurum kimi görmür.
Bakı üçün bu qrum ölkənin öz siyasi modelini ,sabitlik yanaşmasını ,regional baxışını üzv ölkələrə ötürmək üçün yaxşı bir platformadır.Artıq Azərbaycanın təşəbbüsü ilə bir çox beynəlxalq tədbirlər keçirilir.
Ölkəmizin təşəbbüsü ilə İƏT çərçivəsində indiyədək bir sıra mühüm layihələr həyata keçirilib. Bakı şəhərində təşkilatın bir neçə yüksək səviyyəli sammitinə və nazirlər görüşünə ev sahibliyi gerçəkləşdirilərək respublikamızın regional əməkdaşlıqda fəal mövqeyi nümayiş etdirilib.
Azərbaycan zəngin enerji resurslarına malik ölkə olaraq İƏT məkanında enerji təhlükəsizliyinin təminində mühüm tərəfdaşdır. Neft, qaz və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr təşkilatın üzv dövlətləri ilə enerji əməkdaşlığını gücləndirir. Azərbaycan qazının TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql edilməsi İƏT-in üzvü olan Türkiyə və digər region ölkələri üçün enerji təchizatında alternativ marşrutların açılmasına şərait yaradır.
Bununla yanaşı, ölkəmiz bərpa olunan enerji sahəsində də təcrübəsini paylaşaraq “yaşıl” enerji təşəbbüslərinin dəstəklənməsində fəal iştirak edir. İƏT-in dayanıqlı inkişaf gündəliyinə uyğun olaraq Azərbaycan ekologiya, iqlim dəyişikliyi və rəqəmsal transformasiya sahəsində də birgə təşəbbüsləri dəstəkləyir.
“Yaşıl enerji zonası” elan olunan Qarabağ və Şərqi Zəngəzur bölgələri bu baxımdan potensial əməkdaşlıq məkanları kimi diqqət çəkir. Bundan əlavə, rəqəmsallaşma və innovasiya sahəsində Azərbaycanın təcrübəsi təşkilatın digər üzvləri üçün nümunəvi model rolunu oynaya bilər. Elektron hökumət, vergi islahatları və biznes mühiti üzrə modern yanaşmalar üzv dövlətlərlə paylaşılaraq qarşılıqlı öyrənməyə zəmin yaradır.
Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü.


Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. İyulun 4-də Xankəndi şəhərində keçirilən İƏT-in 17-ci Zirvə Görüşündə yuxarıda vurğulanan məsələlər ətrafında geniş bəhs olunub.


Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İƏT-in işində həmişə fəal iştirak etdiyi, bu təşkilata üzv ölkələrlə əlaqələrin inkişafının daim diqqət mərkəzində saxlanıldığı, keçən il tarixdə ilk dəfə olaraq qurum məkanında COP29 konfransının reallaşdırıldığı, habelə həmin toplantıda inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasının razılaşdırıldığı, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirildiyi diqqətə çatdırılıb.
