AZ

Çətin günlər geridə qaldı - Bu həftədən həyatınız dəyişir

7-13 iyul tarixlərini əhatə edən yeni həftədə bəzi bürcləri uğurlu günlər gözləyir. Astroloqların proqnozlarına əsasən, qarşıdakı günlərdə xüsusilə beş bürc üçün mühüm fürsətlər yaranacaq.

Milli.Az bildirir ki, bürclərin taleyinə təsir edən əsas astroloji hadisələrdən biri Uran planetinin Əkizlər bürcünə keçidi və Oğlaq bürcündə baş tutacaq Ay tutulması olacaq.

Əkizlər bürcü bu həftənin ən şanslı bürclərindən biri hesab olunur. Uranın bu bürcə keçidi yeni başlanğıclar və yaradıcı ideyalar üçün geniş imkanlar yaradır. Xüsusilə 7 iyul tarixi Əkizlər üçün uğurlu gün kimi göstərilir.

Qız bürcündə olanlar üçün də həftə uğurlu keçəcək. Karyera və gündəlik işlərdə müsbət dəyişikliklər gözlənilir. 7 iyul tarixi bu bürc üçün də yeni addımlar atmaq üçün əlverişli olacaq.

Oğlaq bürcündə 10 iyul tarixində baş verəcək Ay tutulması bu bürcdə doğulanlar üçün mühüm dəyişikliklərə səbəb ola bilər. Uğurlu planlar, maliyyə sabitliyi və şəxsi məqsədlər üçün önəmli fürsətlər gözlənilir.

Dolça bürcü üçün də həftə müsbət enerji ilə başlayır. Sosial dairədə yenilənmə, yeni ideyalara açıq olmaq və fərdi təşəbbüslərlə irəliləmək mümkün olacaq.

Balıqlar bürcü isə münasibətlər və ailə sahəsində rahatlıq tapacaq. Duyğusal tarazlıq və dəstək görmək bu bürc üçün həftənin əsas mövzusudur. 7 iyulda ailə ilə bağlı qərarlar üçün doğru zaman hesab olunur.

Astroloqlar qeyd edirlər ki, bu həftə əsasən Əkizlər, Qız, Oğlaq, Dolça və Balıqlar bürcləri üçün uğur gətirəcək. Hər bir bürc üçün doğru zamanlama və diqqətli qərarlar bu fürsətlərin reallaşmasına kömək edə bilər.

Ulduz
Milli.Az

Seçilən
11
12
milli.az

10Mənbələr