AZ

Paşinyan “Hraparak” qəzetini məhkəməyə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan “Hraparak” qəzetində dərc olunan “Paşinyan arvadına xəyanət edirmi?” sərlövhəli məqalədə yer alan məlumatları böhtan adlandıraraq nəşri məhkəməyə verib.

Musavat.com xəbər verir ki, Paşinyan qəzetdən 1 milyon dram (təxminən 2,6 min ABŞ dolları) məbləğində maddi təzminat və məlumatın bütün platformalarda müddətsiz təkzib olunmasını tələb edir. Bu barədə məlumat Ermənistanın məhkəmə-hüquq informasiya portalı Datalexdə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan ictimai şəkildə xəbərdarlıq etmişdi ki, məqalədəki iddiaların əsassız olduğunu sübut etmək üçün məhkəməyə müraciət edəcək. O, ailə və mənəvi dəyərlərin onun üçün bir prinsip olduğunu vurğulamışdı.

Həmçinin, Paşinyan daha əvvəl bütün ermənilərin Katolikosuna da çağırış edərək, əgər onu subaylıq andını pozmaqda günahlandırırsa, bu ittihamla bağlı da məhkəməyə müraciət etməsini təklif etmişdi.

Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr