ain.az bildirir, Axar.az portalına istinadən.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatam.
Axar.az xəbər verir ki, bunu Dağıstanın rəhbəri Sergey Məlikov deyib.
"Baş verənləri həyəcan və ağrı ilə izləyirik.
Rusiya ilə Azərbaycan arasında münasibətlərdə çətinliklər yaranıb, lakin əminəm ki, hər şey sülh yolu ilə, xalqların maraqlarına və ümumi tarixə hörmətlə həll olunacaq. Təxribatlara boyun əyməyin, millətçiliyə boyun əyməyin. Bütün bunlar nifaq salmaq cəhdləridir. Biz artıq bir neçə dəfə sübut etmişik: birliyimiz bizi parçalamaq cəhdlərindən daha güclüdür.
Bütün çətinliklər müvəqqətidir, amma qardaşlıq, ləyaqət bizimlə əbədi olaraq qalır. Çoxmillətli Dağıstanda azərbaycanlılar yerli xalqdır və regionlar arasında əlaqə coğrafiyadan qat-qat dərindir: qohumluq, mədəniyyət və birgə yaşayışdır", — o bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.