“İmişli”yə transfer olunan Azər Salahlının təqdimat videosu geniş müzakirə doğurub.
Futbolçu neft buruqları arasında gəzərkən məktub görür və həmin məktubda “qaranlıq bitdi, ağ tərəf səni gözləyir” yazılıb. Bu isə həm “İmişli”nin “Neftçi”yə söz atması, həm də Azər Salahlının buna razılaşması deməkdi.
Aydın məsələdi ki, bu da azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb. Amma əsas məsələ başqadı. Atmacalı videoçarxa “Neftçi”nin sabiq və indiki futbolçuları da şərh yazıb.
Maraqlıdı ki, Emin Mahmudov, Murad Məmmədov, Ağadadaş Salyanski, İvan Brkiç, Mərt Çəlik, İsmayıl Zülfüqarlı, Rüfət Abbasov kimi ağ-qara forma geyən və geymiş futbolçular Azərə xeyir-dua verib, dolayısıyla atmacalı videoçarxı dəstəkləyib.
Bunlara nə deyəsən?!
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta