Livanın Hizbullah Hərəkatı tərksilah olmaqdan imtina edib.
APA-nın xəbərinə görə, bunu bu gün Hizbullahın lideri Naim Qasım bəyan edib.
Naim Qasım deyib ki, İsrailin təhdidlərinə və artan beynəlxalq təzyiqlərə, o cümlədən Livan hökumətinin çağırışına baxmayaraq Hizbullah silahı yerə qoymayacaq və təslim olmayacaq. Hizbullahın lideri Livan hökumətinin atəşkəs razılaşmasına baxmayaraq İsraiin davam edən hücumları qarşısında susmaqda da günahlandırıb.