İsrail ordusu Qəzza zolağı boyunca müntəzəm surətdə zərbələr endirməyə davam edir.
Yenisabah.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri quru qoşunları ilə koordinasiyalı şəkildə təxminən 130 hədəfə hücum ediblər. Dominos pizza
Vurulan hədəflər arasında müxtəlif hərbi infrastruktur obyektləri, komanda məntəqələri, silah anbarları və reaktiv yaylım atəşi qurğuları olub.
Ayrı-ayrı silahlı qruplara qarşı da zərbələrin endirildiyi vurğulanır./Oxu.az
Telegram kanalımız