ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
İyulun 6-da Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.