AZ

II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qruplarıüzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Bakı, Xankəndi,Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı,Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan,Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazdatəşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargahfəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarlaəlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütünbinalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılaraöz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şəraityaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahanbinası, 3078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 3 nəfərdə“ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qaydapozuntularına yol verdiyi üçün imtahandan xaric olunanlarınmüsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminəburaxılmırlar.

İmtahanda 41484 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirakedib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlıyayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindənimtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı genişizahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tiplitapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını “Youtube”da olacaq müvafiq yayımınşərh bölməsinə yaza bilərlər.

İyulun 7-dən etibarən DİM-də imtahan protokolları vəmaterialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqlarınyoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonraelan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin birdaha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əslivə buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə,imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqəqalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonragələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Seçilən
4
44
az.trend.az

10Mənbələr