ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazax rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində şəhid atası dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, iyulun 6-da Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Vətən Müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.