AZ

“Businesstex JV” tikiş fabriki regionun ixrac potensialını artıracaq

XANKƏNDİ, 6 iyul. TELEQRAF

Xankəndi şəhərindəki “Businesstex JV” tikiş fabrikində 150 çeşiddə kişi geyimləri, 300 çeşiddə qadın geyimləri və 150 çeşiddə uşaq geyimləri istehsal olunur.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, istifadədə olan müəssisədə icra edilən layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 mln manat güzəştli kredit ayrılıb. Təsdiqedici sənədlər əsasında təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib.

Həmçinin müəssisənin fəaliyyəti regionda qeyri - neft ixracının artımına əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Fabrikdə istehsal olunacaq məhsulların 80%-i müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. 1,2 hektar ərazini əhatə edən fabrikdə hazırda gündəlik 2.500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, gələcəkdə bu rəqəmin 10.000-ə çatdırılması nəzərdə tutulur.

Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılması nəzərdə tutulub.

Fabrikdə müxtəlif növ parçadan geyim məhsulları istehsal olunurr ki, onlardan 150 çeşiddə kişi geyimləri, 300 çeşiddə qadın geyimləri və 150 çeşiddə uşaq geyimləridir. Gələcəkdə, müxtəlif növ kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr