AZ

Gələcəkdə Xankəndidə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır (FOTO)

Xandəndi. Trend:

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV”tikiş fabrikində müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur.

Trend xəbər verirki, gələcəkdə isə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbigeyimlərin istehsalı planlaşdırılır.

Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsullarıistehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdətutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyatakeçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 işyeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərəqayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təminolunurlar.

Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənayeəməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan vəÇin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasınaİqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesininİnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kreditayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrükrüsumlarından azadolma tətbiq edilib.

Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımınaəhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan vəÖzbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığınındərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarınıntapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgəmüəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurluəməkdaşlığın rəmzidir. Layihə Azərbaycanda yüngül sənayenininkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan iləÖzbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıqəlaqələrinin inkişafına xidmət edir.

Gələcəkdə
Gələcəkdə
Gələcəkdə
Gələcəkdə
Gələcəkdə
Gələcəkdə
Gələcəkdə
Gələcəkdə
Gələcəkdə
Seçilən
0
43
az.trend.az

10Mənbələr