AZ

Sabahın hava PROQNOZU

Bakı. Trend:

İyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdəqısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyigündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-31° isti olacaq.Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə60-70 %, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlardaqısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecəvə səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyiəsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti,dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Seçilən
0
50
az.trend.az

10Mənbələr