AZ

Səfirliyin avtomobili qəzaya düşdü – Ölən var

Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı minik avtomobili ilə Türkiyənin Azərbaycandakı diplomatik missiyasına məxsus “Nissan” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.

Seçilən
3
50
heftelik.az

10Mənbələr