Bakı. Trend:
2025-ci il iyulun 4-də Azərbaycanın qədim və əzəli torpağı olanXankəndi şəhəri mühüm bir beynəlxalq tədbirə - İqtisadi ƏməkdaşlıqTəşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi etdi. Prezidentİlham Əliyevin bu əlamətdar tədbirdəki çıxışı, Azərbaycanınregional və beynəlxalq müstəvidə artan rolunun, eyni zamandatorpaqlarının işğaldan azad edilməsindən sonra həyata keçirdiyigenişmiqyaslı bərpa və inkişaf strategiyasının parlaq təcəssümüoldu. Prezident İlham Əliyev çıxışının əvvəlində Zirvə görüşününməhz Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığınıvurğuladı. Bu, Azərbaycanın üçüncü dəfədir ki, ECO Zirvətoplantısına ev sahibliyi etməsidir. Əgər əvvəlki görüşlər 2006 və2012-ci illərdə Bakıda keçirilmişdisə, budəfəki görüş Qarabağtorpağında – işğaldan azad edilmiş ərazidə təşkil olunmuşdur. Bufakt təkcə tarixi bir ədalətin bərpasını deyil, həm də Azərbaycanınöz suverenliyinə tam nəzarəti, təhlükəsizlik və sabitliyi təmin edəbiləcək güclü dövlət olduğunu nümayiş etdirir. Prezident İlhamƏliyev Ermənistanın 30 ilə yaxın davam edən işğal dövründəAzərbaycan torpaqlarında həyata keçirdiyi vəhşiliklərdən bəhsedərək, etnik təmizləmənin nəticələrini iştirakçı dövlətlərindiqqətinə çatdırdı. Azərbaycanın 20 faizə yaxın ərazisinin işğalaltında saxlanılması, bir milyondan çox soydaşımızın öz dədə-babayurdlarından didərgin salınması beynəlxalq hüququn və insanhaqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan dövləti buişğalla heç vaxt barışmadı və nəticə etibarilə 2020-ci ildə 44günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlub edərək ərazibütövlüyünü təmin etdi. Prezidentin qeyd etdiyi kimi, bu qələbətəkcə hərbi deyil, həm də siyasi, mənəvi və hüquqi qələbədir. Zirvəgörüşündə Prezident İlham Əliyev Ermənistanın törətdiyi mədənisoyqırım faktlarını da xüsusi qeyd etdi. İşğal dövründə 67məsciddən 65-nin dağıdılması, digərlərinin isə təhqiredici formadaistifadəsi, qəbiristanlıqların və tarixi abidələrin məhv edilməsiAzərbaycanın milli və dini kimliyinə qarşı aparılmış sistemlivandalizmi ortaya qoyur. Dövlət tərəfindən yaradılmış komissiyanınhesablamalarına görə, Ermənistanın Azərbaycana vurduğu maddi ziyantəxminən 150 milyard ABŞ dolları təşkil edir. Bu günə qədər 400-dənçox vətəndaş mina partlamaları nəticəsində həlak olmuş və ya ağıryaralanmışdır. Bu faktlar beynəlxalq ictimaiyyət üçün Ermənistanınhərbi-siyasi məsuliyyətini sübut edən mühüm dəlillərdir. Bütünçətinliklərə baxmayaraq, Azərbaycan bu gün işğaldan azad olunmuşərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri həyata keçirir.Prezident İlham Əliyev “Böyük Qayıdış” proqramının uğurla icraolunduğunu və artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərinqayıtdığını bildirdi. Hal-hazırda 50 mindən çox insan Qarabağ vəŞərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır. Bu göstəricilərtəkcə Azərbaycanın iqtisadi potensialını deyil, həm də milliiradənin gücünü əks etdirir. Xankəndi şəhərində keçirilən Zirvəgörüşü həm də beynəlxalq əməkdaşlığın yeni bir mərhələsinə təkanverdi. Prezident İlham Əliyev çıxışında ECO-nun üzv ölkələri iləəməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. Xüsusilə 2023-cüildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı ECO məkanındabir ilk kimi tarixə düşdü. 197 ölkənin iştirak etdiyi bu qlobaltədbirdə inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımınınəhəmiyyətli dərəcədə artırılması, İtki və Zərər Fondununyaradılması və karbon bazarlarının tənzimlənməsi sahəsində əldəedilən razılaşmalar Azərbaycanın qlobal iqlim diplomatiyasındakıuğurlarını təsdiq etdi. Bununla yanaşı, Prezident İlham Əliyevintəşəbbüsü ilə 2025-ci ildə ilk dəfə ECO Həftəsi keçirilmişdir. Buçərçivədə Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isəQadınlar Forumu təşkil olunmuşdur. Forumlarda iştirak edənnümayəndələrin Xankəndidə Zirvə görüşü zamanı təqdim etdiyiməruzələr işğaldan azad olunmuş bölgələrdə həyata keçiriləngenişmiqyaslı inkişaf tədbirlərini əyani şəkildə ortaya qoyur.Azərbaycanın təşəbbüsü ilə yaradılan və yaxın gələcəkdə fəaliyyətəbaşlayacaq ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzi də regionaləməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayacaq. Eyni zamanda2026-cı ildə Şuşa şəhərinin “ECO-nun Turizm Paytaxtı” elan edilməsiAzərbaycanın turizm potensialının da beynəlxalq səviyyədətanınmasının göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Qərbi azərbaycanlılarınhüquqları məsələsinə də toxunaraq, bu istiqamətdə görülənbeynəlxalq səviyyəli işlərdən danışdı. İslam ƏməkdaşlıqTəşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında 57 üzvölkənin yekdil dəstəyi ilə qəbul edilmiş qətnamə, deportasiyaolunmuş azərbaycanlıların qayıdış hüququnun təsdiqi və Ermənistanınbu məsələdəki qeyri-konstruktiv mövqeyinin pislənməsi Azərbaycanınbu istiqamətdəki haqlı mövqeyinin də beynəlxalq birlik tərəfindəndəstəkləndiyini göstərdi. Dövlət başçısının vurğuladığı kimi, buproses sülh yolu ilə davam etdiriləcək və Qərbi azərbaycanlılarınöz tarixi torpaqlarına qayıdışı təmin ediləcək.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın əlverişli sərmayəmühiti haqqında danışaraq bildirdi ki, son 20 ildə ölkəiqtisadiyyatına təxminən 350 milyard dollar sərmayə qoyulmuşdur ki,bunun da yarısı xarici investisiyalardır. Bu fakt Azərbaycanıngüclü iqtisadi təmələ, sabit siyasi sistemə və investorlar üçüncəlbedici mühitə sahib olduğunu sübut edir.
Enerji sahəsində də Azərbaycan qlobal arenada önəmli roloynayır. Prezidentin vurğuladığı kimi, hazırda Azərbaycan 12 ölkəyətəbii qaz ixrac edir və enerji təhlükəsizliyinin təminatçısı kimiçıxış edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri dəAzərbaycanın beynəlxalq nəqliyyat və logistika sahəsində mühümtranzit ölkəsinə çevrildiyini nümayiş etdirir.
Nəticə etibarilə, Xankəndi şəhərində keçirilən ECO Zirvə görüşüAzərbaycanın müasir reallıqlarını, artan nüfuzunu və regionalliderliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin çıxışıisə həm siyasi iradənin, həm də strateji baxışın bariz nümunəsikimi yadda qaldı. Bu Zirvə görüşü təkcə ECO çərçivəsində deyil,ümumilikdə regionun gələcəyi baxımından mühüm dönüş nöqtəsioldu.
Şahin Seyidzadə,
Milli Məclisin deputatı