AZ

Şəmkirdə maşınlar toqquşdu - 35 yaşlı kişi öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində olub.

Belə ki, “VAZ 2106” markalı avtomobil “Toyota Rav-4” markalı maşınla toqquşub.

Qəza zamanı “VAZ 2106”da olan 1990-cı il təvəllüdlü Əli İsmayılov həyatını itirib.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Yunis Quliyev

Seçilən
2
50
qafqazinfo.az

10Mənbələr