AZ

Şəmkirdə yol qəzasında ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Şəmkirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
 
Moderator.az-ın məlumatına görə, "Toyota" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Əli İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib.
 
İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
 
Faktla bağlı araşdırma aparılır.
 
10:23
 
Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, "VAZ 2106" markalı avtomobil "Toyota Rav-4" markalı maşınla toqquşub.
 
Qəza zamanı "VAZ 2106" da olan bir nəfər şəxs həyatını itirib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
 
Araşdırma aparılır.
Seçilən
1
32
moderator.az

10Mənbələr