AZ

Xıdırlı kəndində zəruri müasir sosial infrastruktur tikilib

Bakı. Trend:

Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndintəməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanımMehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilənərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələüzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşasınəzərdə tutulur.

Trend xəbər verir ki, bu sözləri "Prezidentin izi ilə" ənənəvimedia turda iştirak edən jurnalistlərə açıqlamasında Ağdam, Füzulivə Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətininictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Sərabi bildirib.

O həmçinin qeyd edib ki, birinci mərhələ üzrə layihələndirilənərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin,ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birincimərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki,onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isəbeşotaqlıdır:

"Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, ocümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalıinzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcilitibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqətiyaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin,emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasınıninşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faiziyaşıllıqlardan ibarətdir", - deyə əlavə edib.

Xıdırlı
Xıdırlı
Xıdırlı
Xıdırlı
Xıdırlı
Xıdırlı
Xıdırlı
Seçilən
0
50
az.trend.az

10Mənbələr