Yaponiyanın cənub-qərbində 5,4 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Yaponuya Milli Hidrometeorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Tosima adası yaxınlığında, 20 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.