AZ

Yaponiyada güclü zəlzələ oldu

BAKI, 6 iyul. TELEQRAF

Yaponiyanın cənub-qərbində 5,4 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Toşima kəndi yaxınlığında, eyniadlı adada qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
6
23
teleqraf.com

10Mənbələr