Şəmkirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub...
"Report"un Qərb bürosunun məlumatına görə, "Toyota" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Əli İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib.
İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yüksək sürətlə hərəkətdə olan avtomobilin digər nəqliyyat vasitəsinə çırpılması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.
Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info