Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax- magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.