AZ

Rusiyada yüngülmühərrikli təyyarə sərt eniş edib: 10 nəfər xəsarət alıb

Rusiyanın Zabaykalye diyarının Çita rayonunda “An-2” yüngülmühərrikli təyyarəsi sərt eniş edib.

Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır, digər 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Bildirilir ki, təlim təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra yerə enib. Təyyarədə 10 paraşütçü və bir ekipaj üzvü olub.

Çita nəqliyyat prokurorununun müavini İlya Qladçenkonun sözlərinə görə, mühərrikdəki nasazlıq təyyarənin sərt enişinə səbəb olub.

Seçilən
14
50
editor.az

10Mənbələr