AZ

Çindən yeni virus təhlükəsi

Çindən

Dünya hələ COVID-19 pandemiyasının izlərini aradan qaldırmağa çalışarkən, Çinin cənub-qərbindəki Yunnan vilayətində aparılan son araşdırma yeni bir qlobal sağlamlıq təhlükəsinin ola biləcəyini göstərdi. Elm adamları, bölgədəki yarasalar üzərində apardıqları geniş araşdırma nəticəsində, insan sağlamlığı üçün potensial risk daşıyan 22 müxtəlif virus aşkar etdilər.

Xalqcebhesi.az xəbər verir ki, Çinin cənub-qərbindəki Yunnan vilayətində aparılan araşdırma, sağlamlıq sahəsində yeni və potensial qlobal bir təhlükənin əlamətlərini ortaya qoydu. Mütəxəssislər bölgədəki yarasa populyasiyasını geniş şəkildə araşdıraraq, insan sağlamlığı üçün ciddi risk yarada biləcək 22 fərqli virusu tapdılar. Üstəlik, bu viruslardan 20-nin, indiyə qədər elm dünyasında heç vaxt qarşılaşılmayan və tamamilə yeni növlər olduğu bildirildi. Araşdırmada xüsusilə diqqət çəkən iki yeni virusun isə insanlarda ölümcül beyin iltihabı (ensefalit) və ağır tənəffüs çatışmazlığı kimi ciddi xəstəliklərə səbəb ola bilən Henipavirus ailəsi ilə genetik olaraq yaxın olduğu müəyyən olundu.

Məryəm Quliyeva

Seçilən
7
38
xalqcebhesi.az

10Mənbələr