Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib.
E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.
Müsahibədə E.Əmirbəyov Azərbaycanın Latın Amerikası regionundakı ölkələrlə əlaqələrinə böyük əhəmiyyət verdiyini, Meksikanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu və səfərinin iki ölkə arasında mövcud siyasi dialoqa töhfə vermək məqsədi daşıdığını bildirib.
Qeyd olunub ki, Azərbaycan ilə Meksika arasında iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, turizm, təhsil, elm, idman, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələr arasında nümunəvi parlamentlərarası münasibətlər fonunda hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları arasında fəal əməkdaşlıq əlaqələri formalaşıb.

10Mənbələr
-
news24.azMasonlar da bu şəhərdə Zəngəzur dəhlizinin açılmasını müzakirə etdi?… ( 19007482)
-
news24.azMasonlar da bu şəhərdə Zəngəzur dəhlizinin açılmasını müzakirə etdi?… ( 19007467)
-
bakuinfo.netMasonlar da bu şəhərdə Zəngəzur dəhlizinin açılmasını müzakirə etdi?… ( 19003678)
-
operativmedia.azAzərbaycan-Rusiya münasibətləri ilə bağlı Dağıstan rəhbərliyi müraciət edib ( 19002541)
-
referans.azZəngəzur dəhlizi açılır: “İranda türkün prezident seçilməsi...” ( 19002508)
-
baki-xeber.com"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov ( 19000918)
-
xezernews.azSülh sazişinin imzalanmasına nə mane olur? - Elçin Əmirbəyov ( 18999751)
-
teleqraf.comRusiya Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir - Nümayəndə heyəti göndəriləcək ( 18999421)
-
adalet.azErmənistanla saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb - Elçin Əmirbəyov ( 18997726)
-
demokrat.az"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" ( 18996550)