AZ

Kürdəmirdə FACİƏ: 44 yaşlı kişini qatar vuraraq öldürdü - FOTO

Kürdəmirdə 44 yaşlı kişini qatar vuraraq öldürüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Kartlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolundan keçmək istəyərkən onu yük qatarı vurub.

Ağır bədən xəsarəti alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və hadisənin başvermə səbəbləri araşdırılır.

 


Bizim Media, Aran bürosu

Seçilən
8
16
bizim.media

10Mənbələr