Mülki təyyarə ABŞ Prezidenti Donald Trampın səfər etdiyi qolf klubunun yaxınlığına uçub. Bundan sonra ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.
Publika.az xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb.
Qırıcılar Bedminster üzərində müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni ələ keçiriblər.
Məlumata görə, hadisədən az əvvəl həmin qolf klubuna onun sahibi - Donald Trampgəlib. ABŞ liderinin bu məkanda tez-tez istirahət etdiyi bildirilir.