Klublararası dünya çempionatının ¼ final mərhələsi çərçivəsində keçirilən “Bavariya” – PSJ matçında üzücü olay yaşanıb.
Axar.az xəbər verir ki, 22 yaşlı alman yarımmüdafiəçi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşmadan sonra ayağını sındırıb.
Donnarumma isə fasilə zamanı paltardəyişmə otağına gedərkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, görüş Fransa komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb.