AZ

PSJ “Bavariya”nı 9 oyunçu ilə məğlub edərək yarımfinala yüksəldi

PSJ klublararası dünya çempionatının 1/4 finalında “Bavariya”nı məğlub edib.

Viral.az-ın məlumatına görə, oyun Atlantadakı (ABŞ) “Mercedes-Benz Stadium” stadionunda baş tutub.

Hesabı matçın 78-ci dəqiqəsində parislilərin yarımmüdafiəçisi Desire Due açıb. Hücumçu Usman Dembele 90+7-ci dəqiqədə “qırmızı-göylər”in hesabdakı üstünlüyünü artırıb; – 2:0.

Son Yazılar:

İlk hissənin sonunda “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşması nəticəsində ciddi xəsarət alıb.

Matçın 83-cü dəqiqəsində Fransa klubunun müdafiəçisi Villian Paço birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub, əlavə vaxtda isə onun komanda yoldaşı Lukas Eernandes meydandan qovulub.

PSJ turnirin yarımfinalında “Real Madrid” – “Borussiya” matçının qalibi ilə qarşılaşacaq.

Seçilən
15
24
viral.az

10Mənbələr