AZ

Paulo Kimbila “Qəbələ”də

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu – Paulo Kimbila ilə gücləndirib.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

Anqolalı sağ vinger bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Paulo Kimbilanın son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.

Xatırladaq ki, “Qəbələ” bundan öncə Prins Ovusu və İsaak Amoanı da heyətinə qatmışdı. Emil Süleymanovu “Şamaxı”ya icarəyə vermiş əyalət klubu Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi və Elvin Yunuszadə ilə də yollarını ayırıb.

Seçilən
4
6
arena.az

10Mənbələr