AZ

Xankəndi şəhəri diplomatik mərkəzə çevrilirVİDEO

Xankəndi şəhəri tarixi hadisəyə ev sahibliyi etdi.

Xezerxeber.az-ın məlumatına görə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü məhz burada keçirildi. Bu, yalnız diplomatik görüş deyil, Qarabağın siyasi statusunun bərqərar olduğunun açıq mesajı idi. Görüşə Türkiyə, İran, Qırğızıstan, Tacikistan, Özbəkistan dövlət və hökümət başçıları şəxsən qatılıb. Başqa sözlə, Xankəndinin bu cür tədbirlərə ev sahibliyi artıq normaya çevrilir.

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Xankəndində keçirilən bu tədbirlə bir daha dünyaya mesaj verildi ki, region və ətrafda Azərbaycanın siyasi çəkisi olduqca güclənib.

Bu tədbir bir daha göstərdi ki, Azərbaycanın başçılığı altında regional proseslər nizamlanmaqdadır. Bu bizim qonşu və beynəlxalq dairələrə siqnal olmalı, yeni reallıqları qəbul etməli və vəziyətə uyğun hərəkət etməlidirlər.

Zirvə toplantısı siyasi məqsədləri deyil, həm də iqtisadi mənafeləri qoruyur. Üzv dövlətlər arasında nəqliyyat, enerji, ticarət və lojistika sahələrində əməkdaşlıq artmaqda davam edir.

Bu tip beynəlxalq görüşlərin məhz Xankəndidə keçirilməsi siyasi addımla birlikdə, uzunmüddətli geosiyasi və geodiplomatik yanaşmanın təcəssümüdür.

Bu gün Qarabağ təhlükələrin deyil, inkişaf və əməkdaşlığın meydanına çevrilir. Xankəndi artıq yalnız tarixi yox, diplomatik gələcəyi ilə də tanınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
10
19
xezerxeber.az

10Mənbələr